muessisenin-yaranmasi

İmişli Şəkər Zavodu Azərbaycanın ilk və yeganə şəkər fabrikidir. İmişli Şəkər Zavodunun inşaat işləri “Azərbaycan Şəkər İstehsalat Birliyi tərəfindən 2003-cü ildə, İmişli rayonunda 70 hektarlıq ərazidə başladılmış və 27 ay davam etmişdir. Müəssisənin əsas istehsalat sahəsi 17.9 ha təşkil edir.

İmişli Şəkər Zavodu 2006-cı ilin mart ayında istehsal fəaliyyətinə başlamışdır. 2008-ci ildən müəssisənin məhsuldarlığının artırılması üçün istehsalat avadanlıqlarının yenidənqurma işlərinə başlanmış və 2010-cu ildə xam şəkər emalı üzrə maksimum 1800 ton/gün məhsuldarlığa nail olunmuşdur. 2011-ci ildə kəllə qənd məhsullarının istehsalının təşkili məqsədilə Kəllə Qənd Fabrikinin tikintisinə başlanmışdır. 2012-ci ildə tikinti işləri başa çatmış və fabrik istismara verilmişdir. 2014-cü ildə “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən qənd istehsalı sexi İmişliyə köçürülmüşdür. Şəkər çuğunduru emal gücünün artırılması məqsədilə 2017-ci ildə rekonstruksiya işlərinə başlanmışdır. 2018-ci ildə rekonstruksiya işləri başa çatmış, müəssisənin günlük şəkər çuğunduru emal gücü 10 000 tona çatdırılmışdır.

Müəssisənin şəkər tozu, kəllə qənd və parça qənd  kimi əsas istehsal bölmələri mövcuddur.